Macarıstanın Sombathey şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Unikal.org-a verilən məlumata görə, üçüncü yarış günündə 48, 55, 60 və 69 kq çəkidə qadın güləşçilər mübarizə aparıblar.

48 kq

1/8 final - Türkan Nəsirova - Kseniya Stankeviç (Belarus) 2:10

55 kq

Təsəlliverici görüş - Solmaz Həşimzadə - Bilyana Jivkova Dudova (Bolqarıstan) 6:16
1/8 final - Solmaz Həşimzadə - İrina Kuraçkina (Belarus) 0:11

60 kq

1/4 final - Oksana Herhel (Ukrayna) - Tatyana Omelçenko 6:3

69 kq

1/8 final - Elis Manolova - Dalma Caneva (İtaliya) 1:4

Qeyd edək ki, ilk iki yarış günündə mübarizə aparan sərbəst güləşçilərimiz çempionatı 2 qızıl və 3 bürünc medalla başa vurublar.