İngiltərə millisinin və "Sanderlend" futbol klubunun keçmiş yarımmüdafiəçisi Adam Comson həbsxanada gördüyü işə görə həftədə 11 min funt-sterlinq qazanacaq.
 
Unikal.org-un Modern.az-a istinadən verdiyi xəbərə görə, 6 il azadlıqdan məhrum edilən 28 yaşlı futboçu həbsxanada süpürgəçilik edəcək.

Conson yetkinlik yaşına çatmayan qızla intim əlaqəsinə görə tutulub. Məhkəmə müəyyən edib ki, futbolçu 15 yaşlı qızı intim əlaqəyə məcbur edib.

"Sandeerlend"lə müqaviləsi ləğv edilən futbolçu həftədə 60 min funt-sterlinq qazanırdı.

Modern.az