Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yeni polis rəisi təyin edib.
Unikal.org axar.az-a istinadən bildirir ki, nazirin imzaladığı əmrə əsasən, millət vəkili Sahib Əliyevin qardaşı Bayram Əliyev Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə rəis təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Nərimanov rRayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsini Hikmət Usubov tutub. H.Usubov az öncə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə rəis təyin edilib.