Qadın voleybolçular arasında dünya çempionatının II təsnifat mərhələsinin təqvimi dəqiqləşib. 

Unikal.org-un məlumatına görə, Bakıda baş tutacaq E qrupunun matçlarının da başlama günü, saatı və keçirilmə yeri açıqlanıb.

Belə ki, matçlar yenidən Bakı İdman Sarayında təşkil olunacaq. Qrupunun ilk oyununda Danimarka və Hollandiya yığmaları üz-üzə gələcəklər. Azərbaycan yığması isə I turu Norveçə qarşı keçirəcək.

Komandamız ardınca Ukrayna, Danimarka, İsrail və Hollandiya ilə gücünü yoxlayacaq. Millimizin bütün oyunları saat 17:30-da start götürəcək.

Qeyd edək ki, II təsnifat mərhələsində 36 yığma 6 qrupda mübarizə aparacaq. Qrup qalibləri birbaşa mundiala çıxacaqları halda, ikinci yerlərin sahibləri III təsnifat mərhələsində pley-off oynayacaqlar. Bu mərhələ 6 komandanın iştirakı ilə dairəvi sistemlə 1 dövrədən ibarət olacaq. İlk 2 yeri tutacaq millilər yarışı final mərhələsində davam etdirəcəklər.

E qrupu

30 may

15:00. Danimarka - Hollandiya
17:30. Azərbaycan - Norveç
20:00. İsrail - Ukrayna

31 may

15:00. Hollandiya - Norveç
17:30. Ukrayna - Azərbaycan
20:00. Danimarka - İsrail

1 iyun

15:00. Norveç - Ukrayna
17:30. Azərbaycan - Danimarka
20:00. İsrail - Hollandiya

2 iyun

15:00. Danimarka - Norveç
17:30. İsrail - Azərbaycan
20:00. Hollandiya - Ukrayna

3 iyun

15:00. Norveç - İsrail
17:30. Azərbaycan - Hollandiya
20:00. Ukrayna - Danimarka
Sosial səhifələrdə