Cəlilabad rayonunda evlərdən oğurluq edən şəxs yaxalanıb. 

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən fevralın 27-də rayon ərazisindəki evlərdən birinin həyətindən 35 ev quşu oğurlamaqda şübhəli bilinən şəhər sakini Daşqın Əliyev tutulub.