Bu gün Topaz Premyer Liqasında XXIV turun oyunlarına start verilir.

Unikal.org xəbər verir ki, turun görüşləri eyni gündə keçiriləcək. Çempionluq uğrunda mübarizə aparan "Qarabağ və "Qəbələnin isə oyunları eyni vaxtda start götürəcək.

Turun ilk oyunu Sumqayıtda keçiriləcək. Eyniadlı komanda "Neftçini qəbul edəcək. IV yer və Avroliqaya vəsiqə uğrunda mübarizə aparan bu klubların oyununun necə nəticələnəcəyi maraq doğurur.

16:30. "Sumqayıt - "Neftçi
17:00. "İnter - AZAL
18:30. "Qarabağ - "Kəpəz
18:30. "Qəbələ - "Zirə