Türkiyəli futbol azarkeşləri növbəti dəfə Azərbaycana dəstək nümayiş etdiriblər.

Unikal.org Qol.az-a istinadən xəbərinə görə, "Karabüksporun fanatları superliqanın 26-cı turunda "Fənərbaxça ilə oyunda "Ya Qarabağ, ya ölüm pankartı açıblar.

Bununla onlar Qarabağda baş verən aprel döyüşlərinin ildönümünə biganə qalmadıqlarını göstəriblər.