Aprelin 6-da Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı start götürəcək.

Unikal.org AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, toplanış çərçivəsində Təbriz Həsənovun baş məşqçi olduğu komanda Makedoniya ilə iki yoldaşlıq görüşü keçirəcək. Görüşlər aprelin 11-də və 13-də "Dalğa Arena"da olacaq. Hər iki qarşılaşma saat 17:00-da başlanacaq.

Hazırlıq prosesinə 23 oyunçu dəvət olunub: Kamran İbrahimov, Rəhman Daşdəmirov, İbrahim Əliyev, Bahadur Həziyev, Pilağa Mehdiyev, Elçin Əsadov, Ərziman Rizvanov (hamısı "Neftçi"), Yusif Həsənov, Ricat Qarayev, Ceyhun Muxtarlı, İbrahim Qədirzadə, Rafael Məhərrəmli, Nadir Qasımov, Murad Qayalı (hamısı "İnter"), Süleyman Əhmədov ("Sumqayıt), Əli Sadıxov, Fərid Nəbiyev, Murad Popov (hər üçü "Qəbələ"), Məmməd Hüseynov, Xəqani Sadıxov (hər ikisi "Qarabağ"), Hüseyin Seylığlı, Metin Güler ("Beşiktaş"), Barış Ekincier ("Rot-Vayss Essen", Almaniya).