Müğənni Yusif Mustafayevi tok vurub.
Unikal.org big.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə ATV-nin efirində yayımlanan "Bizimləsən" verilişində bildirib. Y.Mustafayev bildirib ki, 15 saat komada qalıb:
"1981-ci ildə məclislərin birində məni tok vurdu. Məclisə getmişdim və mikrofonun naqilini yoxlayanda məni elektrik cərəyanı vurdu. O, mənim qismətim idi. Bu yaşa gəlmişəm, həyatda bir düşmənim belə yoxdur. Hamıya can deyib, can eşidirəm. O zaman sənətdə irəliləyən zamanda başıma bu hadisə gəldi. Cərəyan qanıma keçmişdi. 15 saat komada qaldım. Gözümü açanda başımın üstündə atamı gördüm. Soruşdum ki, ata mən haradayam?"