Nəsimi rayonunda mənzildən oğurluq olub.
Unikal.org "Report"a istinadən xəbər verir ki, R.Rza küçəsində yaşayan 43 yaşlı Təranə Qubadovaya məxsus mənzildən 6 400 manat və qızıl-zinət əşyaları oğurlanıb.
Oğurluqda şübhəli bilinən şəxs istintaqa cəlb edilib. Bu, T.Qubadovanın qeyri-rəsmi nikah münasibətlərində olduğu Bakı şəhər sakini, 48 yaşlı Emin Qasımovdur.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.