Avropada daha bir həmvətənimizin üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. 

Unikal.org-un AzNews.az-a istinadən məlumatına görə, Almaniyanin Düseldorf şəhəri yaxınlığında yaşayan, 16.06.1969-cu ildə Ermənistanda doğulmuş İsmayılov Muradbəy Məmməd oğlunun yaşadığı mənzildən meyiti tapılıb. Meyitin çənə ve boğaz nahiyyəsində zorakılıq əlamətləri aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır. 

Məlumata gorə mərhum 3 ildir ki Almaniyada yaşayırmış. Ermənistandan köçkün düşəndən sonra Mingəçevirdə yaşadığı bildirilir.