Türkiyənin futbol üzrə 2-ci liqasının təmsilçisi "Amedspor" klubunun futbolçusu Deniz Naki terrorçuluğu təbliğ etməkdə təqsirli bilinərək həbs cəzasına məhkum edilib.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, məhkəməyə çıxarılan futbolçu 1 il 6 ay 22 gün həbs cəzasına məhkum edilib. Hakim Nakinin 5 il cinayətə qarışmaması şərtiylə hökmünün tətbiqini təxirə salıb.