Tərtər rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Unikal.org-un DİN-in saytına istinadən məlumatına görə, aprelin 7-də Tərtər rayonunun Balakəngərli kəndində kənd sakini Elman Ağayev həmkəndlisi Pərvin Vahidzadənin idarə etdiyi "MTZ-80 markalı traktorun qoşqusuna minmək istəyərkən yıxılaraq təkərin altında qalıb və o, hadisə yerində ölüb.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır