Heydər Əliyev Beynəlxalq Hava Limanında Böyük Britaniyadan karqo vasitəsilə gələn boru yüklərinin arasından gömrük orqanlarına bəyan edilməyən, tarixi əhəmiyyət kəsb edə biləcək əntiq əşya-bir ədəd heykəlcik aşkar edilib. 

Dövlət Gömrük Xidmətinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tarixi əhəmiyyət kəsb edə biləcək əntiq əşyanın gömrük sərhədindən bəyan etməməklə ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar. 

Faktla bağlı araşdırma aparılır.