Sabunçu rayonunda evdən içərisində 23 min 500 dollar olan dəmir seyf və ov tüfəngi oğurlanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Balaxanı qəsəbəsində baş verib.

Belə ki, naməlum şəxs və ya şəxslər H.Əliyev küçəsindəki evlərdən birində yaşayan 1985-ci il təvəllüdlü T.Yusifovun mənzilindən oğurluq ediblər. Pəncərəni açmaqla mənzilə daxil olan şəxslər oradan 1 ədəd "Darya markalı ov tüfəngi və icərisində 23 500 ABŞ dolları pul olan dəmir seyf oğurlayıblar.

Faktla bağlı araşdırmalar aparılır