İsrail politoloqu: "Qarabağ və Fələstin problemlərinin müqayisəsi doğru deyil"
İsrail politoloqu: "Qarabağ və Fələstin problemlərinin müqayisəsi doğru deyil"

Məşhur İsrail siyasi eksperti, publisist və ictimai xadim Aviqdor Eskin Azərbaycan-İsrail münasibətlərinin hazırkı səviyyəsinə toxunaraq bildirib ki, bizim ölkələr strateji tərəfdaşdırlar. Eyni zamanda bizim aramızda siyasi fikri ayrılıqları mövcuddur.

Azərbaycan tərəfi fələstinlilərin özlərinin müstəqil dövlət hüququnu tanıyır və eyni zamanda İsraildən Qarabağı Ermənistan ərazisi kimi tanımamağı gözləyir. İsrail Qarabağı Azərbaycandan kənarda tanımır və Bakıdan anlayış gözləyir.O,daha sonra knessetin erməni soyqırımı tanıması ilə bağlı yaranan narahatlığın İsrail ilə əməkdaşlıq baxımından Azərbaycan hansı fəsadlar yarada biləcəyinə də aydınlıq gətirib:-" Knessetdə Azərbaycanda deyil, 1915-ci ildə Türkiyədə baş vermiş qanlı hadisələrin müzakirəsi gedir. Bundan başqa, azərbaycanlılar o zaman erməni qaçqınlara sığınacaq verib. İsraildə heç kəs anlamır ki, Azərbaycan niyə bu mövzuyla maraqlanır.
Əgər müzakirənin mahiyyətindən danışsaq, o zaman Knessetin tarixin erməni versiyasını tanıması az ehtimal olunandır. Təsəvvür etmirəm ki, Knesset belə bir şeyi tanısın".Politoloq Ermənistan-İsrail münasibətlərinə də aydınlıq gətirərək maraqlı fikirlər səsləndirib:-"Ermənistan İranın yaxın müttəfiqidir, bu da münasibətlərə təsirini göstərir. Biz ümid edirik ki, ermənilərlə və dünyanın bütün digər xalqları ilə münasibətləri yaxşılaşdırmaq imkanımız olacaq.
Amma ABŞ-ın erməni lobbisi və erməni icması qatı anti-İsrail ovqatındadırlar. Münasibətlər gərgindir. Fransada vəziyyət belə deyil. Orada erməni icması İsrailə dostluq münasibətləri göstərir. Ümumilikdə, münasibətlər pis deyil, amma birgə layihələr yoxdur".
Qarabağ və İsrail-Fələstin münaqişəsinin oxşarlıqları və fərqləri məsələsinə aydınlıq gətirən politoloq deyib ki, hər hansı bir münaqişə vəziyyətləri arasında paralellər tapa bilərsiniz. Lakin bu halda biz fərqli situasiyalardan danışırıq. İsrail İordaniyanın hücumuna məruz qalandan sonra İudeya və Samariya ərazisini tutub. İndi bizdən bu əraziləri onların sahibi olan İordaniyaya verməyi deyil, orada fələstinlilər üçün dövlət yaratmağı tələb edirlər. Bu torpaqlar İordaniyada olanda heç bunu istəyənlər yox idi. Belə bir analogiya qura bilərik: məsələn, Ermənistan Qarabağı işğal edəndən sonra Azərbaycan öz torpaqlarını azad edir, amma ondan tələb edirlər ki, bu torpaqlarda hansısa digər bir etnik xalq üçün müstəqil dövlət yaratsınlar. Gülməli səslənir.
Bu gün üçün FAT və HƏMAS İsraili Avropa dövləti kimi tanımırlar və açıq şəkildə məhv etməyə çalışırlar. Belə bir situasiyada heç bir diplomatiya kömək etmir.
Sizdə vəziyyət tamam fərqlidir. Siz Ermənistanın mövcudluq hüququnu etiraf edirsiniz və Ermənistan da sizin dövlət hüququnuzu tanıyır. Yeganə məhək daşı Qarabağ və işğal olunmuş yeddi rayondur. Belə ki, tərəflərin heç biri digərini dənizə atmaq niyyətində deyil. Bir münaqişə yenidən alovlansa, Bakı və Yerevan mübarizə hədəfi olmayacaq, hədəf Ermənistanın son 18 ildə işğal etdiyi ərazilər olacaq.
Mehdi