Tovuz rayonunda avtomobil atlını vurub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Alakol kəndində baş verib.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili yolu keçən atlı, 25 yaşlı Sərxan Səfərlini vurub. Nəticədə S.Səfərli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb və ona tibbi yardım göstərilib. S.Səfərlinin vəziyyətinin orta-ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.