Bakı-Qazax magistralının Goranboy rayonundan keçən hissəsində mikroavtobus qəzaya uğrayıb.

Unikal.org APA-ya istinadən verdiyi məlumata görə, qəza zamanı sürücü 1974-cü il təvəllüdlü Bayramov Vüqar Faiz oğlu ağır yaralanıb.

Sərnişinlərdən 1960-cı il təvəllüdlü Nəcibə Şirinova və 1957-ci il təvəllüdlü Məhruzə Tağıyeva müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Yapdım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

***
10:00

Goranboy rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org report-a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Dəliməmmədli yaşayış məntəqəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sərnişin daşıyan mikroavtobus "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan Vuqar Bayramov, Nəcibə Şirinova və Məhruzə Tağıyeva adlı şəxslər yaralanıb. Onlardan ikisi sərnişindir, digər bir nəfər isə avtomobillərdən birinin sürücüsüdür. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalara çatdırılıb.
Fakt araşdırılır.