Bakıda yanğın qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 4 ədəd qoruyucu açar və 5 p.m elektrik kabeli yanıb.

Elektrik sayğacları yanğından mühafizə olunub.

Yanğın saat 23:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.