Aprelin 5-də Bakının Daş Salnamə Muzeyində "Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti Naxçıvandan sonra aprelin 9-da Astarada davam edib.
Unikal.org AzərTAc-a istinadən xəbər verir ki, Bakıda Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə başlanan su səyahətinə Astarada "Yanar bulaqdan start verilib.

Dünya və Avropa Çempionatının sərbəst güləş üzrə bürünc mükafatçısı, 2016-cı ildə Bakıda keçirilən "Qran-Pri beynəlxalq yarışın qalibi, idman ustası Əliabbas Rzazadə, Əməkdar məşqçi, idman ustası Məhərrəm Ağayev və Astara şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Mirrahil Ağayev "Yanar bulaqda Azərbaycanın dəmirçilik ənənəsindən, İslam dünyasında ənənəvi qab dizaynına uyğun döyülmüş misdən hazırlanmış "Bakı 2017-nin gözəl su qablarını su ilə doldurdular. Bu su qabları axşam saatlarında Astara şəhərində Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində keçiriləcək "Su festivalında və mayın 12-də "Bakı-2017nin açılış mərasimində nümayiş etdiriləcək.

Astara Olimpiya İdman Kompleksində "Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş "Domestic Grassroots proqramı çərçivəsində regional idman tədbiri keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən Astara şəhər bələdiyyəsinin sədri Şahverən Cavadov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Asif Quliyev və "Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin daxili əlaqələr üzrə meneceri, layihə rəhbəri Ülviyyə Əkbərova Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək gənc idmançılara qələbə sevincləri arzulayıblar.

"Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının tanıtımı və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar.

Qaliblərə Əməliyyat Komitəsi tərəfindən təqdim olunmuş kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə "Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet verilib.

Qeyd edək ki, "Xəzərdən başlayan su səyahəti proqramı çərçivəsində Astara şəhərindəki park-bulvar kompleksində axşam saatlarında "Su festivalı keçiriləcək, konsert proqramı təqdim olunacaq.