"Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası arasında münasibətlərin normallaşması çətin görünür".
Unikal.org-un "Report"a istinadən xəbərinə görə, bunu Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu deyib.
O bildirib ki, buna səbəb iki partiya arasındakı böyük uçurumun olmasıdır: "Xeyli ziddiyyətlər var. İki partiyanın birlikdə mübarizə aparması üçün çalışacam".