Bakıda ağır yol qzası baş verib. 

Dünən axşam Binəqədi rayonu ərazisindəki yol kəsişməsində "Mercedes" markalı minik avtomobili motosikleti vurub. Nəticədə motosiklet bir neçə metr qarşı tərəfə düşüb. 23 yaşlı motosikletçi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.