Türkiyənin Mardin vilayətində örüşdə otlayan iri buynuzlu heyvan sürüsünün üzərinə ildırım düşməsi nəticəsində 6 ailənin dolanışıq qaynağı olan 15 inək tələf olub.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Mardinin Başkavak kəndində sahədə otlayan iribuynuzlu heyvan sürüsünə ildırım düşməsi nəticəsində 15 inək tələf olub. 

Canlar, Mencioğulları, Tar, Kaya, Balıqçı və Ərdoğan ailələsinə aid 15 iribuynuzlu  heyvanın tələf olması üzərinə hadisə yerinə gələn ailə fərdləri, qarşılaşdıqları mənzərə qarşısında böyük kədər yaşayıblar. İldırım düşməsi nəticəsində heyvanları tələf olan sakinlər müvaffiq dövlət qurumlarından kömək istəyiblər.