25 yaşlı Oleq Şertaşenko saatda 60 km sürətlə hərəkət edən BMW markalı avtomobilin üstündən tullanaraq görənləri şoka salıb.

Unikal.org xəbər verir ki, hadisə Rusiyanın Yekaterinburq şəhərinin Sverdlovsk vilayətində lentə alınıb. Avtomobili Rusiyanın media ulduzu Amiran Sərdarov idarə edib.

Oleq 14 yaşından ekstrimal idman növü ilə məşğul olur. O daha əvvəllər də bənzəri riskli videolarla Rusiya mediasında gündəm olub.

Sosial şəbəkələrdə izləmə rekordu qıran həmin təhlükəli görüntüləri sizə təqdim edirik: