Bir neçə saat bundan öncə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, paytaxtın Dərnəgül şossesi istiqamətində hərəkət edən Mersedes markalı minik avtomobili yol kənarında olan işıq dirəyinə çırpılıb. Avtomobil yararsız hala düşüb, sürücü isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 
İlkin məlumata görə qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Faktla bağlı Dövlət yol polisi tərəfindən araşdırma aparılır.

Unikal.org hadisə yerindən fotoları təqdim edir. 

Amid