Astara şəhərində 9 yaşlı uşağı maşın vurub.

Unikal.org-un "Report"a istinadən xəbər verir ki, Səməd Vurğun küçəsi, 34/57 ünvanında yaşayan Rzazadə Allahverdi İsrafil oğlu evlərinin yaxınlığında avtomaşın tərəfindən vurularaq ciddi xəsarət alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qapalı kəllə-beyin travması və sağ aşağı baldır sümüyünün sınığı diaqnozu qoyulan yaralı ilkin tibbi müdaxilədən sonra Reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.