Topaz Premyer Liqasının XXV turunda baş tutan "Qarabağ - "Qəbələ (0:0) oyununu izləyənlər arasında K-1 döyüşçüsü Zabit Səmədov da var idi.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, "Qarabağın dəvəti ilə oyunu izləməyə gələn Səmədov matçdan sonra sualları cavablandırıb:

-Futbola baxmağa tez-tez gedirsiz?

-Sözün açığı, Azərbaycanda ilk dəfə idi ki,futbola baxırdım. Oyunu izlədim, maraqlı alındı.

-"Qarabağ azarkeşi olduğunuz şübhəsizdir. Oyunu izləməyə kimin dəvəti ilə gəlmişdiniz?

-"Qarabağ rəhbərliyi məni dəvət etmişdi. Bildiyiniz kimi, "Qarabağı dəstəklədim. "Qarabağ son zamanlar ölkəmizi Avropada yüksək səviyyədə təmsil edir. İnşallah bunun davamı gələcək.

-Ümumiyyətlə, Bakıda nə qədər qalacaqsız? Və bu komandalar arasında mayın 5-də kubokun finalında baş tutacaq oyunu izləyəcəksizmi?

-Yox, o qədər Bakıda qalmayacam.

-Millimizin oyunlarını izləyirsiz?

-Əlbəttə. Azərbaycan bayrağı harda varsa, biz də ordayıq. Bayrağımızla qürur duyuruq.