Müğənni Rəqsanə İsmayılova Moskvada özünə biznes qurub. 

Unikal.org axşam.az-a istinadən xəbər verir ki, sənətçi xına mərasimlərinin təşkili ilə məşğul olan mağaza açıb:

"Moskvada xına evimiz fəaliyyətə başladı. Rəhbəri özüməm. Bütün təşkilatı biz edirik. Məclisi özüm idarə edirəm. Əlavə kimləri görmək istəsəniz, çağırırıq. Bütün qızlarımız, balalarımız xoşbəxt olsunlar, biz də iştirak edək. Allah hər kəsin ruzisini versin".