"31 mart soyqırımı elə bir gündür ki, bu, Azərbaycanın milli elitasını özünə cəlb etməlidir. Biz baş verənləri gələcək nəsillərə çatdırmalıyıq".
Unikal.org-un "Report"a istinadən xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Elmin İnkişaf Fondunun Ermənistanın Azərbaycana təcavüzü və ərazi iddiaları ilə bağlı nəşlərinin təqdimatında deyib.
Onun sözlərinə görə, azərbacalılara qarşı ermənilər 200 ildən artıq müddətdə soyqırım həyata keçiriblər: "31 mart soyqırımı haqqında Azərbaycanda hər kəs bilir. Ermənilər azərbaycanlıların torpaqlarını işğal etmək üçün mürtəce dairələrin dəstəyindən istifadə ediblər. 31 mart soyqırımını böyük dövlətlərin dəstəyi ilə ermənilər həyata keçirib. Başda Şaumyanın dəstəsi olmaqla Bakıda və digər bölgələrdə on minlərlə dinc insanları qətlə yetirdilər. Bir dövlətin marağını həyata keçirmək üçün on minlərlə insan qırılırsa, bu, o dövlətin mahiyyətini göstərir. İlk dəfə ümumilli Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı soyqırımlarını ümumiləşmiş hadisə kimi rəsmiləşdirdi. Beləliklə, 31 mart soyqrımı rəsmi səviyyəyə çatdırıldı. 1905-1918-ci illərdə Azərbaycanın onlarla kəndi dağılıdılıb".
Ə.Həsənov qeyd edib ki, hazırda Azərbaycanın yürütdüyü siyasət öz bəhrəsini verməkdədir: "Azərbaycanda son illərdə bütün sahələrə olduğu kimi tarixin inkiafına da dəstək verilir. Heydər Əliyev Fondunun və onun rəhbəri millət vəkili Mehriban Əliyevanın dəstəyi ilə çoxsaylı tədbirlər keçirilib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası çərçivəsində xeyli iş görülüb, dünya ictimaiyyəti soyqırımla bağlı məlumat alırlar. Ermənilərin azərbaycana qarşı təcavüzü ilə bağlı bütün dünyan məlumatlandırmalıyıq. Azərbaycanda multikultiralizm mövcuddur. Ölkədə tolerantlıq var. Azərbaycan dünyaya çoxmillətli xalqların birgə yaşaması nümunəsini çatdırır".
O bildirib ki, erməni xalqı mürtəce siyasət yürüdən rejimdən qurtula bilmir: "Onlar, sadəcə, özlərində güc tapıb belə mürtəce rejimdən xilas ola bilmirlər".