Gənclər və İdman Nazirliyinin, Azərbaycan Qol Güləşi Federasiyasının təşkilatçılığı ilə qol güləşi üzrə kişilər arasında respublika çempionatı keçirilib. Çempionatda 15 komanda və 100-dən çox idmançı gücünü sınayıb.

Unikal.org xəbər verir ki, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin idman zalında keçirilən çempionatda Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun əməkdaşı, daxili xidmət leytenantı Rəşad Kəsəmənli 65 kiloqram çəki dərəcəsində gücünü sınayıb. İdmançı sol qolda rəqiblərinə üstün gələrək birinci yerə, sağ qolda isə üçüncü yerə layiq görülüb.

Sonda idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev qalib idmançını təbrik edərək ona qiymətli hədiyyə təqdim edib.