Türkiyənin tanınmış müğənnisi İbrahim Erkalın yaşadığı binanın avtodayanacağında huşsuz halda tapıldığı haqda məlumat vermişdik. Beyninə qan sızan müğənni dərhal əməliyyat olunub. Komada olan müğənninin sağ qulağının arxasında dəlik əmələ gəlib. 2 saat yarımlıq əməliyyatdan az öncə əməliyyatdan çıxan Erkal üçün kritik saatlar başlayıb.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan artıq sənətçiyə diqqət göstərilməsi ilə bağlı da Səhiyyə Nazirinə xüsusi göstəriş verib.

Ərdoğan Ərzurumdan mitinqdə gedən zaman yanında olan səhiyyə naziri Rəcəb Akdağ vasitəsi ilə müğəninin yaxınları ilə danışıb və dualarını çatdırıb. Prezident bildirib ki, onun tapşırığı ilə Erkalın səhəti diqqətdə saxlanılır.