Azərbaycanda bu ilin ilk yarısında 1278 yol nəqliyyat hadisəsi baş verib, 436 nəfər ölüb, 1361 nəfər xəsarət alıb
Azərbaycanda bu ilin ilk yarısında 1278 yol nəqliyyat hadisəsi baş verib, 436 nəfər ölüb, 1361 nəfər xəsarət alıb

Yol qəzalarının 533-ü Bakı şəhərində törədilib

Azərbaycanda bu ilin 6 ayında baş verən yol qəzalarının statistikası açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında respublikanın avtomobil yollarında 1278 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 436 nəfər ölüb, 1361 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə baş verən yol qəzalarında ölənlərin sayı 3 fakt artıb, xəsarətlər isə 104 fakt azalıb.
Qeydə alınan yol qəzalarının 533-ü Bakı şəhərində törədilib, nəticədə 148 nəfər ölüb, 584 nəfər xəsarət alıb. Qəzaların 343-ü avtomobilin yüksək sürətlə idarə olunması, 318-i ötmə qaydalarının pozulması və 117-si isə yol ayrıcını keçmə qaydalarının pozulması səbəbindən baş verib.
Respublikada baş verən yol qəzalarında 21 uşaq dünyasını dəyişib, 97 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.