Pop-musiqinin şahzadəsi sayılan amerikalı Rianna "Kiss It Better" mahnısının videoklipini təqdim edib.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, 28 yaşlı müğənninin karyerasında belə açıq-saçıq, erotik klip olmayıb.
Adının mənası "Öpüş daha yaxşıdır" olan mahnının videoklipi dünən Riannanın YouTube-dakı profilinə yüklənsə də, artıq 2,83 milyon nəfər bu klipi izləyib.
Rianna hazırda yeni ANTİ albomunun promouşuna həsr olunmuş "ANTI World Tour" konsert turnesindədir.
Martın 12-də ABŞ-ın Ceksonvill şəhərində başlanmış turne ABŞ və Kanadada davam edəcək, Avropa mərhələsi isə iyunun 17-də Hollandiyada başlayacaq.
Turne avqustun 21-də Britaniyanın Çelmsford şəhərindəki "Hylands Park"dakı konsertlə başa çatacaq.