Xalq artisti Aygün Kazımova Miri Yusif ilə birlikdə yeni fotosessiyaya çəkilib.
Unikal.org xəbər verir ki, şəkilləri sosial şəbəkədə paylaşan A.Kazımova bu fotoların hansı məqsədlə çəkilməsi haqda məlumat yerləşdirməyib. O, yalnız "özünü mənə bağışla" sözlərini yazıb.
Fotoların yayılması sosial şəbəkə izləyicilərinin də çoxsaylı sualları ilə qarşılanıb. Bəziləri birgə konsert, bəziləri duet, digərləri isə fotoların klipdən olduğunu yazıblar.
Məsələ ilə bağlı xalq artistinin mətbuat katibi ilə əlaqə saxladıq. O, yaxın zamanda mediaya bu haqda geniş məlumat veriləcəyini bildirdi.
Qeyd edək ki, fotoların müəllifi Kamran Aydınovdur.