Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin pisləşəcəyi haqda xəbərdarlıq yayıb.
Qurumdan unikal.org-a daxil olan xəbərə görə, aprelin 03-də Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, aprelin 03-ü axşamdan 04-ü səhərədək bəzi yerlərdə yağış yağacağı, intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında aprelin 03-ü gündüzdən 04-ü səhərədək hava şəraitinin qısa müddət qeyri-sabit keçəcəyi, yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.