"Məni Fərda Xudaverdiyevlə Müşviq Şahverdiyev aldadıblar" 
Tanınmış müğənni Əlikram Bayramov Unikal.org-a 1 aprellə bağlı başına gələn olaydan danışıb. Ə.Bayramov bildirib ki, keçən il yox əvvəlki il baş verən hadisədən sonra Fərda və Müşfiqlə dalaşıb: "Mənə dedilər ki, saat 9-da aeroportda ol, Hollandiyaya toya gedirik. Sintezator və saz ifaçıları da mənimlə birgə idilər. Tam hazır vəziyyətdə səhər saat 9-dan 12-yə qədər gözlədim. Bunlar gəlib çıxmadı. Dəfələrlə zəng etdim telefona cavab vermədilər. Saat 12-də zəngimə cavab verdilər ki, bu gün aprelin biridi zarafat etmişik. Buna görə,  münasibətlərimiz də pisləşdi. Mən o vaxtdan onları aldada bilməmişəm. Hava limanında olan dostlarım soruşurlar ki, nə məsələdir? deyirəm Hollandiyaya toya gedirəm. 38 manat da çay pulu verdim. Evdəkilər soruşdu- nə oldu? niyə getmədim?. Dedim, təyyarə uçmadı".