Dünya karatesinin canlı əfsanəsi, beynəlxalq karate aləminin "qara brilliantı adlandırılan dördqat dünya çempionu Rafael Ağayev rekordunu yenidən təkrarlayıb.

Unikal.org xəbər verir ki, Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının (World Karate Federation) növbəti "Karate-1 Premyer Liqa turnirində 75 kq çəki dərəcəsində çıxış edən Rafael Ağayev bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına sahib olub.