Aprelin 5-6-da İranın Rəmsar şəhərində Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, görüşdə üçtərəfli regional əməkdaşlıq layihələri və qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən digər məsələlər müzakirə olunacaq.