Zaqatalada 29 yaşlı kişini sahibsiz it dişləyib. Sahibsiz itin quduzluğa tutulduğu ehtimal edilir.

Unikal.org ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə rayonun Çobankol kəndində baş verib. Kənd sakini, 29 yaşlı Mustafayev Sərxan Piri oğlu sol bilək nahiyəsinin it dişləməsi xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

Sərxan Mustafayevə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Sərxan Mustafayevin vəziyyəti nəzarətdə saxlanılır.