Bu gün Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 32 m2 olan mənzilin mətbəxinin yanar konstruksiyaları 12 m2 sahədə yanıb.

Unikal.org FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.