Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasityəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsindəki sərnişinin çantasından gömrük orqanına bəyan edilməyən 3 ədəd "Samsung Galaxy J1", 4 ədəd "Samsung Galaxy J1 mini Prime", 9 ədəd "Samsung Galaxy J1 Ace", 5 ədəd "Samsung Galaxy J2", 2 ədəd "Samsung Galaxy J3" markalı, ümumilikdə 23 ədəd mobil telefon aşkar edilib.