Fövqəladə Hallar Nazirliyi Təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumatı açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, 2017-ci ilin I rübü ərzində respublika ərazisində 2269 təbii və texnogen mənşəli hadisə baş verib/ Bu da 2016-cı ilin I rübü ilə müqayisədə 625 hadisə və ya 38% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub, 106 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 21 nəfər xilas edilmiş, 376 nəfər təxliyə olunub.