Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Unikal.org-un məlumatına görə, "Barselona - "Yuventus və "Monako - "Borussiya oyunları ilə sonuncu yarımfinalçıların adlarına aydınlıq gəlib.

"Barselona ilk görüşdə 0:3 hesabı ilə uduzduğu "Yuventusla öz meydanında da bacara bilməyib. "Nou Kamp"da 90 min azarkeşin izlədiyi oyunda qapılara qol vurulmayıb. Beləliklə, turinlilər qitənin ən nüfuzlu klub turnirində son 4 komandadan biri olublar.

"Monako - "Borussiya görüşündə isə bu dəfə 4 qol vurulub. Bu komandaların Dortmunddakı ilk qarşılaşmasında azarkeşlər 5 qola şahidlik etmişdilər. Meydan sahibləri rahat qələbə ilə adını yarımfinala yazdırıb - 3:1.