Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan sexin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.