Azərbaycan Premyer Liqasının XXVII turunun "Qəbələ - "İnter görüşünün tarixi dəyişdirilib.

Unikal.org  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, təşkilatçı qurum matçın əvvəlcədən nəzərdə tutulduğu kimi aprelin 23-də deyil, ertəsi keçirilməsinə qərar verib. Görüşün start fiti 24 aprel saat 14:30-da veriləcək və qarşılaşma "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Dəyişikliyə səbəb sözügedən kollektivlərin mükafatçılar sırasında olmasıdır. Bu görüşün nəticəsindən asılı olaraq, komandalara gümüş və bürünc medallar təqdim oluna bilər.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün qalibi olan "Qarabağ klubuna da çempionluq kuboku və qızıl medallar XXVII turda veriləcək. Ağdam təmsilçisi mükafatlarına doğma meydanı olan "Azersun Arenada keçiriləcək "Sumqayıtla görüşdən sonra qovuşacaq.