Bakıda Qələbə dairəsinə gedən yolda qəza baş verib.

Unikal.org  "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Mercedes" markalı iki avtomobil toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, maşınlara ziyan dəyib.

Qəza ilə bağlı yolda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.