Bu gün səhər saatlarından başlayan güclü külək qərb bölgəsində bir sıra fəsadlar törədib.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, şiddətli külək nəticəsində Tovuz rayonunda yol və parklarda ağaclar qırılıb. Tovuz, Qazax, Ağstafa rayonlarının bəzi yaşayış məntəqələri elektrik dirəklərinin əyilməsi və naqillərin sıradan çıxması səbəbindən elektrik enerjisiz qalıb. Bəzi yaşayış evlərinin dam örtüyünə də zərər dəyib.

Hazırda aidiyyatı qurumlar fəsadların aradan qaldırılması istiqamətində iş aparır.