Səudiyyə Ərəbistanında ölkənin ABŞ-dakı səfiri, Kəşfiyyat İdarəsinin rəis müavini, Quru Qoşunları komandanı və bəzi nazirlər vəzifələrindan azad olunublar.

Unikal.org-un məlumatına görə, Səudiyyə Ərəbistanı kralı Salman bin Abdulaziz tərəfindən bir gündə 40-dan çox fərman imzalanıb.

Fərmanlarda bir çox yüksək vəzifəli şəxslər vəzifələrindən azad olunub, yerlərinə başqaları təyin olunub.

Kral Divanından verilən açıqlamaya görə, kralın iki oğlu yeni fərmanla yüksək səviyyəli vəzifələrə təyin edilib.