Topaz Premyer Liqasında 2016/2017-ci il mövsümünün qalibi olan "Qarabağ qızıl medallarına və kubokuna qovuşub.

Unikal.org  qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam klubu mükafatları bu gün "Sumqayıta 2:1 hesablı qalib gəldikləri oyundan sonra alıb.

Medalları və kuboku çempiona PFL prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim edib.