Bu gün bütün dünyanın diqqəti Madridə yönəlib.

Unikal.org-un məlumatına görə, İspaniya La Liqasının 32-ci turunda "Real "Santyaqo Bernabeuda əzəli rəqibi "Barselonanı qəbul edib.

Oyuna marağı artıran məqamlardan biri də komandaların qonşu pillələrdə qərarlaşması idi. Gərgin və maraqlı keçən qarşılaşma kataloniyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə "Barsa" həm də liderliyi "Real"dan alıb. Xalını 75-ə yüksəldən Luis Enrikenin komandası zirvəni ələ keçirib. Eyni xala malik "Real" isə ikinci pillədə qərarlaşıb. Madrid klubunun ehtiyatda bir oyunu var.(qol.az)